mənim şəxsi bloqum

понедельник, 1 марта 2010 г.

kayzen.az-ilk təəssüratlar

sayt haqqında keçən postda xəbər vermişdim. Sayt idarəçisinin postdakı şərhindən sonra bugün səhər boş vaxt tapıb saytı anlaiz etməyə başladım/
 Girən kimi birinci qeydiyyatdan keçdim,çünki saytın özü haqda məlumatım vardı. Qeydiyyatda xoşuma gəlməyən məqam odur ki,mütləq e-maildə aktivləşdirilməlidir,yoxsa syta girə bilmirsən. Əsəbi halda təzədən e-maildən aktivasiya olundum. Yuxarı sağ küncə istifadəçilər üçün panel açıldı. Kifayət qədər rahatdır,hər knopkanın altından izahedici sözlər yazılıb.
Sazlama bir qədər qəribə gəlsə də,settings üçün ondan başqa tərcümə tapmaq doğurdan elə çətin məsələdir. İçində hər şeyi rahat dəyişdim. Xoşuma gəlməyən məqam cinslərdə kişi,qadın və sənlik deyil yazısı oldu. sənlik deyil xoşuma gəlmədi,bu onların yəqin pzünəməxsus yumorudur. Ən maraqlı məqam ölkələr və şəhərlərin seçimi idi.Bütün ölkələrin adı Azərbaycancadır.Şəhərlərin seçimi də çox gözəldir. Əvvəlcə Bakı,sonra isə ən böyük şəhərlərin adı verilib. Ən zəhləm gedən şey uzun listdə ölkə və şəhər adı axtarmaqdır. Burada isə yaxşı fikirləşilib. Ən lazımlılar əvvəldə verilib,olmasa bütün siyahını yükləmək olur.
İndi keçək əsas məsələyə,saytın özünə.
Postlar-sadəcə postlar düzülür,xoşagəlməyən şey kollektiv,fərdi,yeni postlar kimi seçim olmasıdır.Sadəcə ən yeni postları düzmək kifayətdir.
Bloqlar bloqların sayı çoxdur.Onların arasında gəzişmək narahatdır.Xoşuma gələn o oldu ki,bloqlara rahatlıqla üzv ola və çıxa bilirsən.Təbii ki,birinci http://kayzen.az/blog/marketinq/ bloquna üzv oldum:) Amma bir çox bloqlar boşdur.Məsələn http://kayzen.az/blog/masonluq/ heç nə yoxdur. Əgər içində bir şey yoxdusa niyə açılıb?
mikrobloq mənasız şeydir,lakin qısa qeydlər yazmaq üçün rahatdır.
İstifadəçilər ən çox reytinq admindədir. Təəccüblüdür:) Özü də adminin heç bir şərhi,topiki yoxdur.O necə o qədər reytinq yığıb? Aktiv istifadəçilər azdır(təzə layihə olduğu üçün başa düşmək olar),amma maraqlı insanlardır. papatürk,fidan çox aktivdirlər və maraqlı yazılar yazırlar.
Mənim qalereyadn,şəkil sytlarından xoşum gəlmir. Flickr bəs edir. Amma istər-istəməz qız olduğum üçün bir də gördüm ki,artıq  Qara bluzkalar basmışam:)
Saytın ən lazımlı hissəsi olan http://kayzen.az/page/about/ isə axırda qoyublar. Əslində gərək birinci qoyaydılar . İndiyə kimi gördüyüm ən maraqlı sayt haqqında yazısıdır bu. İdeya həqiqətən də çox maraqlıdır. Hər şey ətraflı yazılıb.
Saytdakı ən böyük çatışmazlıq isə axtarışın işləməməsidir. Nə yazırsan yaz,nəticədə deyir ki,

İşə bax! Axtarış nəticə vermədi! 

Qalan şeylər standart bloqlar üçün eynidir. Ən son şərhlər,ən son mikrobloqlar, kateqoriyalar və s. Saytın dizaynerinin yerinə olsaydım kateqoriyaları bir az yuxarıda qoyardım.
ümumilikdə sayt maraqlı proyektdir,lakin çatızmazlıqları da var(kiçik olsa da)Yəqin ki,onlar da düzələr.

1 комментарий:

  1. Analizə görə sağ olun.Amma icazə verin bir çox şeylərlə razılaşmayım.
    e-mail aktivasiya vacibdir.Bəlkə də sizin üçün bu narahatdır.Amma saytın təhlükəsizliyi üçün bu vacibdir. settings üçün iki tərcümə vardı,amma axırda qərara gəldik ki, sazlama olsun.
    kollektiv,fərdi,yeni postlar hamısı ayrı-ayrı şeylərdir.Yalnız yeni postları saxlamaq heç də rasional fikir deyil.
    http://kayzen.az/blog/masonluq/-razıyam sizinlə. Çox bloqlar boşdur.Amma sizin bilmədiyiniz məqamlar var.
    Məsələ ondadır ki,sayt bir müddət əvvəl beta rejimdə işləyirdi. Orada müəyyən istifadəçilər vardı və brainstorm zamanı hansı bloqların olacağı əvvəlcədən müəyyənləşdirilmişdi.sadəcə kontenti doldurmaq heç də asan deyil,indi gərgin iş gedir. Bloqların adı var,amma gələcəkdə onların içi də olacaq.Amma bir sıra bloqlar kifayət qədər dolğun məlumata malikdir.elə sizin birinci üzv olduğunuz marketinq bloqu kimi:)
    Adminin reytinqi məsələsini sonra sizinlə müzakirə edərik.
    http://kayzen.az/page/about/ saytda həm futerdə, həm də headerdə qeyd olunub.
    Axtarış hələ ki,işləmir.
    İradlarınız üçün sağ olun.
    Bloqlarınızı artıq yalnız bloggerdə yox, kayzen.azda yazacağınızı gözləyirəm:)

    ОтветитьУдалить