mənim şəxsi bloqum

воскресенье, 22 ноября 2009 г.

Gərək eyni yerdə olsun?

Ən zəhləm gedən şeydir ki, rəqib şirkətlər eyni yerdə reklam olunsun. Veb-saytlarda eyni səhifədə yanaşı duran Bakcell və Azercellin reklamı gülüncdür. Küçədə eyni yerdə elə bu 3 operatorun reklamını görürsən.Görəsən niyə fikirləşmirlər ki,əgər bir operator reklamı hardasa yerləşdiribsə,mən gedim başqa yerdə etməyim?
Sabah əgər Azercell gedib Şəhidlər Xiyabanında reklam assa,o saat o birilər də yanınca gələcək.Birisi fikirləşməyəcək ki,gedim mən də başqa yerdə reklam tapım. Elə bil 3 bacıdırlar,ayrı dura bilmirlər.

суббота, 14 ноября 2009 г.

Azərbaycanda satıcı həyasızlığı çoxdur yoxsa alıcı mədəniyyətsizliyi?
Təbii ki,alıcılar insafsız satıcıları,satıcılar isə küt alıcıları tənqid edər. Amma mənə elə gəlir ki,hər şeyin əsasında alıcının intellektual səviyyəsinin aşağı olması, onun mədəniyyətsizliyi durur.Mağazada bugün şahidi oldum ki,satıcı bir axmaq adama izah etməyə çalışır ki,bu telefonun nələri var(Nokianın bir dəqiq bilmədiyim modeli).Alıcı olan cavan,üzündən kütlük yağan isə artıq məni də əsəbiləşdirirdi.Dialoqu təxminən belədir
-bu telefon niyə bundan bəs 80 manat bahadır?axı ikisi də eyni meqapikseldir
-çünki onda fotoapparada avtofokus var.
- o nədir ki?
-O,şəklin daha yaxşı çəkilişinə kömək edir.bunu deyib satıcı hər iki telefonla şəkli çəkir,göstərir. Sonra da bu alıcı mənasaız suallarla onun zəhləsini tökür.filan şey necədir,filan şey niyə belədir və s.Satıcı aydın şəkildə deyir ki,əgər sizə funksional telefon lazımdısa baha olanı götürün,əgər ordakı funksiyaların nəyə lazım olduğunu bilmirsizsə onda gəlin sizə ucuz məsləhətli şey verim.Di gəl müştəri nə ucuz telefonu almaq istəyir,nə də bahanı bəyənir.Simbian-ın nə olduğunu bilməyən alıcı nəyə görə o funksional şeyi almaq istəyirdi,hələ də mənə çatmır.Axır ki,satıcı başqa müştəriyə diqqət ayırmağa başlayıb onu dostunun boynuna qoydu.Allah bilir,o biri satıcının da nə qədər zəhləsi töküləcəkdi.Mən mağazada çox qalmayıb çıxdım.Amma hələ də fikirləşirəm ki,bu alıcılar niyə kütdür?

четверг, 12 ноября 2009 г.

Aysel Teymurzadənin Danone reklamı xoşuma gəldi.http://www.youtube.com/watch?v=kWNyx3TrbGo

воскресенье, 8 ноября 2009 г.

mobil operatorların saytı

Bugün 3 mobil operatorun saytına baxdım.
Əvvəla deyim ki,hamısının saytı normaldır.Veb 2.0 standartı,sadəlik,yuzabiliti hamısında yaxşıdır.Amma http://narmobile.az/ bir qədər animasiylar göz yorurdu.Saytda danışan adam,döyünən ürək,fleş banner açmadı o qədər də.Ən çox soruşulan suallar bölümündə http://narmobile.az/az/for-you/faq/ kasıblıq idi))Şərhlər və təkliflər yerində http://narmobile.az/az/for-you/contact/feedback/ əlaqə formu qurub yanında təzədən faq@afon.az mailini yazmaq da mənasız idi.Rus dilini seçmək imkanı da yox idi. İMHO))
http://www.azercell.com/ haqda nəsə deməyə ehtiyac yoxdur.Sadə,anlaşıqlı,hər şeyi-yeli yerində.Burda insan istədiyini daha tez tapır başqalarına nisbətən.Sol tərəfdə menyudan hər yerə giriş olur.Bircə yuxarıdakı Abonentlər üçün çatmadı mənə.bir çox yerlərdə işləmirdi.Amma saytın ümumi ab-havasından hiss olunur ki,Lebedev yaxşı işləyib))
http://www.bakcell.com/az/ Mənim daha çox xoşuma gəldi.Saytda darıxmaq olmur. Qırmızı rənglə flash bannerlər çox yaxşı ab-hava yaradırdı.Narda isə bulanıq bənövşəyi rəng bunu edə bilməmişdi.Bakcell-də Veb 2.0 ruhu hiss olunur.Azercelldən fərqli olaraq burada bir çox keçidlər aşağıda verilmişdi.Aşağı hissə böyüklüyü ilə seçilirdi.Bu da amerikan stilindən xəbər verir))
Ümumiləşdirsəm deyim ki,saytlar da öz şirkətləri kimidir.Azercell-də bir dənə də şəkil görmədim.Hamısı biznes-stildə idi,his olunurdu ki,müştəriləri biznesmenlərdir.Bakcelldə isə gənclərə diqqət ayrılıb(Nərmin,Aysel,İBrahim).Burada ailə,gənclik,şuxluq,aktivlik var sanki.Hiss olunur ki,Bakcelli işlədənlər tələbələrdir.Narmobile da pis deyil.Daha doğrusu yaxşıdır,amma o birilərinə çata bilmir))Şriftlərin ölçüsünün bəzi yerlərdə balacalığı,bir sıra kiçik səhvlər var.Amma düzələr yəqin

вторник, 3 ноября 2009 г.

Dünyanı dəyişdirmək istəyirsənmi?



Bəzi insanlar dayanmadan düzəldir, kəşf edir, dünyanı yerindən oynadacaq ideyalar həyata keçirir. Belə insanlar kainatda daim dəyişikliklər etməyin tərəfdarı olurlar. Ancaq bu o demək deyil ki, bu xüsusiyyət təkcə onlara aiddir. Sizlərdən hər biriniz dünyada baş verən dəyişikliyin müəllifi ola bilərsiniz. Ancaq necə?

Mahatma Qandi, dünyada görmək istədiyimiz dəyişikliyin özümüz tərəfindən həyata keçirməyin mümkünlüyünə və vacibliyinə inanırdı. O, Hindistanın müstəqilliyini qazanmasına yardım edərək bu görüşünü hər kəsə sübut etdi. Qandi, çevriliş adamı idi; ancaq Hindistanın bir millət olaraq yenidən doğulmasına çevriliş etmədən nail oldu. Əslində, burada heç şiddət də lazım olmadı. Dünyanın ən güclü ölkələrindən biri, tək bir insanın sözünə və milyonların röyasına təslim oldu.

Bəs biz necə dəyişiklik edə bilərik? Dünyada fərqli  etmək istədiyimiz şey nədir?

Qandi bu cür deyirdi: “Dünyanı kübarcasına sarsıda bilərsən”. Bunu necə edə biləcəyinizi düşünməyinizə yardımçı olacaq bir neçə nöqtə isə budur:

1)    Tarixdəki bütün önəmli dəyişikliklərin, millətlər, ordular, hökumətlər və komitələr tərəfindən həyata keçirilmədiyini bilməlisiniz. Çünki bütün bunlar, vahidlərin cəsarəti nəticəsində meydana gəlib. Buna misal olaraq, Janna d-Ark, Albert Eynşteyn, Klara Barton, Abraham Linkoln, Tomas Edison və Roza Parks kimi insanları göstərmək olar. Onlar bəlkə də təkbaşına uğur əldə edə bilməzdilər, ancaq heç şübhəsiz dəyişikliyin yaradıcısı oldular.

2)Dünyada bənzərsiz bir məqsədiniz və potensialınızın olduğuna inanın. Bu, yaradılmaqdan çox, kəşf ediləcək bir şeydir. Onu kəşf etmək sizin öhdənizə düşür. Fərq yaratmaq mövzusunda istedadlı və qərarlı olmağınıza inanın.

3)Etdiyiniz hər şeyin, atdığınız hər addımın, yazdığınız hər cümlənin, söylədiyiniz və ya söyləmədiyiniz hər sözün önəmli olduğunu bilin. Heç nə önəmsiz deyildir. Dünya böyük ola bilər; ancaq kiçik bir şey də yoxdur. Hər şeyin xüsusi bir önəmi var.

4)Dünyada görmək istədiyiniz dəyişikliyin özü olmaq üçün yüksək səslə danışmağa ehtiyac yoxdur. Heç təsirli çıxış etməyiniz də lazım deyil. Seçilməyiniz də vacib deyil. Hətta özəlliklə zəka və ya yaxşı təhsilli olmağınıza da lüzum yoxdur. Sadəcə özünüzü o işə həsr etməyiniz kifayətdir.

5) Şəxsi məsuliyyəti öz üzərinizə götürün. Əsla “ Bu mənim işim deyil”, deyə düşünməyin. “Mən tək nə edə bilərəm?” demək, problemdən qaçmaqdır. Heç kəslə əməkdaşlıq etməyə və ya dəyişiklik etmək üçün hər hansı birindən icazə almağa ehtiyacınız yoxdur. Bu dəyərli sözü xatırlayın: “Olacaqsa, bu mənə bağlıdır.”

6) “İşlərin necə olacağı” fikri üzərində çox dayanmayın. Nəyi, nə üçün dəyişdirmək istədiyinizi  tam olaraq bilirsinizsə, onun necə olacağı öz axarı ilə ardınca gələcək . Qeyd edək ki, bir çox önəmli iş məhz bu fikir üzərində çox dayanmaqdan yarıda qalıb. Çünki hər dəfə biri, məsələni həll edən zaman qərar verməyə tərəddüd edib.

7) Başlamaq üçün hər şeyin doğru olmasını gözləməyin. Dəyişiklik  dağınıqdır. İşlər əsla tam doğru ola bilməz. Teodor Ruzveltin ötən əsrin birinci yarısında söylədiyi öyüdü dinləyin: “Olduğunuz yerdə, əlinizdəki ilə, edə biləcəyinizi edin.”

8) Dəyişikliyin kökü hər hansı bir şeyin fərqində olmaqdır. Varlığını qəbul etmədiyimiz bir şeyi dəyişə bilmərik. Çox vaxt, nəyin yalnış olduğunun və ya işə yaramadığının fərqində olmarıq. Nə baş verəcəyini görmərik. Daha çox fərqində olaraq, onun dəyişməyə başlamasına nail olarıq.

9) Dünyanın ən ağıllı dəyişiklik dahilərindən olan Albert Eynşteynin bu sözlərini yaxşı yadda saxlayın: “Mənalı və uzun müddətli dəyişiklik, öncə xəyallarınızda canlanar; sonra öz yolunu tapar. Xəyal etmək, informasiyadan daha önəmlidir.”

10) Ətrafınızdakı şeylərin dəyişməsi üçün, öncə özünüzün dəyişməyi lazımdır. Başqalarını dəyişə bilmərik; yalnız özümüzü dəyişə bilərik. Dəyişdirdiyimiz zaman bu, hər şeyi dəyişdirər.Və bu şəkildə, dünyada görmək istədiyimiz dəyişikliyin özü ola bilərik.

Vestminster abbatlığında bir ingilis kilsəsinin yepiskopunun məzar daşında bunlar yazılıb: “Gənc və sərbəst ikən və xəyallarım sərhəd tanımazkən, dünyanı dəyişdirməyi düşünərdim.Yaşa dolduqca və ağıllandıqca, dünyanın dəyişməyəcəyini dərk etdim. Buna görə də, fikirlərimi, dünyagörüşümü bir az daraldaraq, yalnızca ölkəmi dəyişdirməyə qərar verdim. Ancaq bu da dəyişməz göründü. Ahıl yaşlarıma yaxınlaşdığımda, son, ümidsiz düşüncə ilə, yalnız ailəmi, yəni mənə ən yaxın olan insanları, dəyişdirməyə razı oldum; ancaq heyf ki, heç biri dəyişmədi. Və indi, ölüm ayağında olarkən, birdən bunu hiss etdim: Ən başında yalnız özümü dəyişdirsəydim, o zaman, ailəmi dəyişdirərdim. Onlardan aldığım ilham və cəsarət ilə, ölkəmi daha yaxşı bir vəziyyətə gətirə bilərdim. Və kim bilir, bəlkə dünyanı belə dəyişdirə bilərdim”.

Yuxarıdakı siyahı, Qandinin inancından qaynaqlanaraq yaradıldığı üçün, yazını onun digər bir sözü ilə bitirmək daha məqsədəuyğundur: “Bilərək və ya bilməyərək, hər birimiz bir xidmət göstəririk. Bu xidməti bilikli bir tərzdə etmək vərdişinə alışsaq, ona olan bağlılığımız zamanla güclənəcək. Beləcə, yalnız özümüzü deyil, bütün dünyanı xoşbəxt edə bilərik”. 


Mənbə Marketinq jurnalı

ilk yazım

Bir güb oturub özümə sual verdim ki,bloqu olanların nəyindən əskiyəm?
Elə bloq üçün hansı saytı seçməyi fikirləşirdim.Baxdım ki,ən yaxşı platforma kimi Blogger məsləhətdir.Dedilər ki,pis olsaydı Google onu almazdı.Onda aç bloqunu.
Eləmədim tənbəllik,başladım bloqumu açmağa.Hələlik Bloggerdən razıyam:-) Menyu,registrasiya,dizayn xoşuma gəlir.
Kiminsə sualı,təklifi olsa,əlaqə saxlasın.Hələlik təzə olduğum üçün çox şeyi bilmirəm.
Çalışacam ki,bloqumda aktiv olum.Təbii ki,imkan olsa:-)