mənim şəxsi bloqum

вторник, 9 марта 2010 г.

Azərbaycan marketinqində ünsiyyət qıtlığı

İki adamın başı birindən daha üstün olub deyiblər.Əgər bu başların sayı çox olsa ,plyus baş da marketoloq başı olsa onda nəticə çox gözəl olar. Amma təəssüf ki,indi azərbaycanda marketoloqların professional yığıncağı,fikir mübadiləsi aparması üçün şərait yoxdur.
Təbii ki,bu sahədə birinci yada düşən mak.az saytı olur. Amma burda forum elə ölüb ki,bircə kəfəni çatışmır:) Aktivlik yox,yeni mövzu yox. Günü-gündən sayt göz qabağında ölür. Azərbaycan Marketinq cəmiyyətinin fəaliyyətindən danışmaq istəmirəm. 3-4 il bundan əvvəl daha aktiv idilər nəinki indi. Aradabir disputda maraqlı mövzular olsa da, çox qatmaqarışıq olduğu üçün məni açmır. Amma buna da min şükür. Son vaxtlar yeni açılamış kayzen.az saytının marketinq bölümü bir qədər ümidləndirsə də,orda istifadəçi azlığı və marketinqdən başı çıxanların azlığı təsüfləndirir.Həmin saytın Uğur psixologiyasında da aktivlik azdır.
Beləliklə görürük ki,müzakirələr bloq səviyyəsindən yuxarı çıxmır.Elə ancaq bloqlarda fikir bildirmək olur. Bloqun öz yeri var,amma bəzən uzun müzakirələrə də ehtiyac yaranır.

P.S. indi baxdım ki, marketinq cəmiyyətinin saytı yenilənib-http://www.marketing.az İndi xeyli yaxşıdır.

Комментариев нет:

Отправить комментарий