mənim şəxsi bloqum

среда, 6 января 2010 г.

Mobil operatorlar Yeni ildə

Azerfon-Vodafon da,Azercell də,Bakcell də güclü reklam edirlər.Birinci bütün gücünü 3G-yə verib. Türkiyədə və Bakıda çəkdikləri reklam da pis deyil.Əla da demək olmaz,çünki çox şeyi vurğulaya bilməyiblər.Əgər reklam işində olanlar belə o reklamı tam anlaya bilmirsə,adi camaat bunu necə anlasın?
Azercell bir müddət əvvəl Barama layihəsi ilə ortalığa düşmüşdü.Nəsə səs-soraqları çıxmır.İçərişəhərdə bir ətək pul verib ofis açmaqla deyil,gərək baş işlədəsən.
Yeni ildə isə Azercell-in abonentləri öz telefonlarına kontur yükləyə bilmirdi.Şəbəkə məşğuldur mesajini bəlkə də minlərlə adam alıb həmin gün.Bakcellin də saytına telefondan daxil ola bilmədim bugün.

Üçü birinə dəyməz,biri üçünə!