Nigarın bloqu

mənim şəxsi bloqum

вторник, 24 августа 2010 г.

Elit məhsullar

Elə məhsullar var ki onlar üçün elitar olmaq,elit məhsul olmaq vacibdir. Bu zaman həmin məhsulun keyfiyyət göstəricilərinə fikir verilmir.
Heç bir Blancpain saatının sahibi bilmir ki onunsaatı neçə metr dərinlikdə işləyir,neçə atmosfer təzyiqə davam gətirir.
Heç bir Rolls-Royce sahibi bilmir ki maşını nə qədər benzin işlədir yaxud əyləc məsafəsi nə qədərdir.
Heç bir Hermes çantasının sahibi bilmir ki onun çantası nə qədər faydalı yük götürmə həcminə malikdir.
.............


Belə məhsullar sadəcə özünü gözə soxmaq,lovğalanmaq üçündür. Belə məhsullar almaqda nə məöna var bilmirəm.

вторник, 4 мая 2010 г.

Le cafe

Kofe,kofe istəyirəm.sənd emə Fransada hamı kofe xəstəsidir.http://kayzen.az/blog/1346/qəhvə-coffea-arabica.htm sonra mən də maraqlı birisini axtardım.Halal olsun fransızlara.Gözəl mahnı və gözəl ssenarilər:l


Daha bir versiya isə uşaqlar tərəfindən ifa olunub:

Hətta mahnı üçün xüsusi qısa film də çəkilib:

пятница, 30 апреля 2010 г.

ordan-burdan

http://kayzen.az/blog/menecment/1204/menecmentin-tarixi.html Gör menecmentin tarixi nə qədər qədim imiş!
Amma maraqlıdır ki,lap qədim dövr qeyd edilsə də marketinqin ən vacib dövrü olan hissəsi(1985-ci ildən sonra) qeyd edilmib.
Bugün ADNA-dakı hadisələrdən 1 il keçir.Fərda Hüseynovun axırının nə olduğunu bilmirəm.
Sən demə Avstraliyada,sidney şəhərində Misir heroqlifləri var. Onların ora necə düşdüyünü hələ də fikirləşirəm.Yəqin Misir marketoloqları gəzə-gəzə Avstraliya aborigenlərinin yanına çatıblar:)

вторник, 20 апреля 2010 г.

coca-colanın mənasız reklamı

Coca-Colanin sonuncu televziya reklamı qədər səfeh şey görməmişəm. Belə mahnıdansa mahnının olmaması yaxşıydı.Çox səfeh,yadda qalmayan mahnı. Qulaq asandan 1 dəqiqə sonra heç nə yadda qalmadı.buna görə pul da verirlər hələ

вторник, 30 марта 2010 г.

Marketinqdə rənglər

Marketinqdə ən yaxşı iki rəng kimi qırmızı və mavi götürülə bilər. Çünki müştərinin məhsulu impulsiv olaraq alması üçün qırmızı rəng(ehtiras,aqressiya,həvəs,çılğınlıq) çox yaxşıdır.qırmızı rəngin işıq qamması elədir ki(bunu fiziklər yaxşı bilir) o insan gözünə ən tez və təhrifsiz çatırOdur ki,loqotiplərin çoxu qırmızı rəngdə olur. Lakin qırmızı rəng qısamüddətli aksiyalar üçün nəzərdə tutulsa yaxşıdır.

Mavi(göy) rəng isə sakitləşdirici və özünəinam oyadan rəngdir. Bu rəngdən əsasən stabil,respektabel,dayanıqlı firmalar istifadə edirlər. Ən yaxşı üştərilər iki kateqoriyada olur:

1. nə gördü tez alan,impulsiv(qırmızı rəng)

2. ağıllı,rasional,dayanıqlı (mavi,tünd göy)

İndi isə çatdıq məsələnin ən maraqlı yerinə.Azərbaycanda əsas iki mobil telefon operatorunun loqotiplərinə,ümumiyyətlə firma stillərinə baxın:
Bakcell(qırmızı) və Azercell(göy).Yəqin  ki,sayt administrasiyası məni qınamaz,mən reklam etmirəm sadəcə, araşdırıram:)
Hər ikisi gözəldir,qaydalara uyğundur. Həm saytlarında,həm bilbordlarda və s. rəng sxemi gözəl qurulub.Amma müştəriləri də sanki rənglərinə uyğundur.Bakcellin müştəriləri əsasən impulsiv gənclər,ucuz reklam aksiyası eşidən kimi tez həvəsə düşən tələbələrdir. Azercell isə əsasən korporativ müştərilər,iş adamları,stabil biznesmenlər və s. üçündür.
Doğurdan da rənglər marketinqdə böyük rol oynayır və çalışmaq lazımdır ki,bundan düzgün istifadə edilsin.İMHO,kayzen.az saytının rəng sxemi maraqlı və cəsarətli addımdır.Mavi və narıncı rəng yaxşı alınıb,xüsusilə baş səhifədə Süni intellektin yazıları narıncı rəngdə çıxanda harmoniya lınır,amma məncə redizayn olunsa pis olmaz.

Məqaləni http://kayzen.az/blog/marketinq/629/marketinqin-rəngi.html adlı postda komment kimi yazmışam.

суббота, 20 марта 2010 г.

Bir bayram da belə getdi. Nəyə görəsə xoşuma əlgmədi bu dəfəki bayram.Heç bayram əhvali-ruhiyyəsi yoxdur. Krizisdir.

вторник, 9 марта 2010 г.

Azərbaycan marketinqində ünsiyyət qıtlığı

İki adamın başı birindən daha üstün olub deyiblər.Əgər bu başların sayı çox olsa ,plyus baş da marketoloq başı olsa onda nəticə çox gözəl olar. Amma təəssüf ki,indi azərbaycanda marketoloqların professional yığıncağı,fikir mübadiləsi aparması üçün şərait yoxdur.
Təbii ki,bu sahədə birinci yada düşən mak.az saytı olur. Amma burda forum elə ölüb ki,bircə kəfəni çatışmır:) Aktivlik yox,yeni mövzu yox. Günü-gündən sayt göz qabağında ölür. Azərbaycan Marketinq cəmiyyətinin fəaliyyətindən danışmaq istəmirəm. 3-4 il bundan əvvəl daha aktiv idilər nəinki indi. Aradabir disputda maraqlı mövzular olsa da, çox qatmaqarışıq olduğu üçün məni açmır. Amma buna da min şükür. Son vaxtlar yeni açılamış kayzen.az saytının marketinq bölümü bir qədər ümidləndirsə də,orda istifadəçi azlığı və marketinqdən başı çıxanların azlığı təsüfləndirir.Həmin saytın Uğur psixologiyasında da aktivlik azdır.
Beləliklə görürük ki,müzakirələr bloq səviyyəsindən yuxarı çıxmır.Elə ancaq bloqlarda fikir bildirmək olur. Bloqun öz yeri var,amma bəzən uzun müzakirələrə də ehtiyac yaranır.

P.S. indi baxdım ki, marketinq cəmiyyətinin saytı yenilənib-http://www.marketing.az İndi xeyli yaxşıdır.