mənim şəxsi bloqum

вторник, 24 августа 2010 г.

Elit məhsullar

Elə məhsullar var ki onlar üçün elitar olmaq,elit məhsul olmaq vacibdir. Bu zaman həmin məhsulun keyfiyyət göstəricilərinə fikir verilmir.
Heç bir Blancpain saatının sahibi bilmir ki onunsaatı neçə metr dərinlikdə işləyir,neçə atmosfer təzyiqə davam gətirir.
Heç bir Rolls-Royce sahibi bilmir ki maşını nə qədər benzin işlədir yaxud əyləc məsafəsi nə qədərdir.
Heç bir Hermes çantasının sahibi bilmir ki onun çantası nə qədər faydalı yük götürmə həcminə malikdir.
.............


Belə məhsullar sadəcə özünü gözə soxmaq,lovğalanmaq üçündür. Belə məhsullar almaqda nə məöna var bilmirəm.

вторник, 4 мая 2010 г.

Le cafe

Kofe,kofe istəyirəm.sənd emə Fransada hamı kofe xəstəsidir.http://kayzen.az/blog/1346/qəhvə-coffea-arabica.htm sonra mən də maraqlı birisini axtardım.Halal olsun fransızlara.Gözəl mahnı və gözəl ssenarilər:l


Daha bir versiya isə uşaqlar tərəfindən ifa olunub:

Hətta mahnı üçün xüsusi qısa film də çəkilib:

пятница, 30 апреля 2010 г.

ordan-burdan

http://kayzen.az/blog/menecment/1204/menecmentin-tarixi.html Gör menecmentin tarixi nə qədər qədim imiş!
Amma maraqlıdır ki,lap qədim dövr qeyd edilsə də marketinqin ən vacib dövrü olan hissəsi(1985-ci ildən sonra) qeyd edilmib.
Bugün ADNA-dakı hadisələrdən 1 il keçir.Fərda Hüseynovun axırının nə olduğunu bilmirəm.
Sən demə Avstraliyada,sidney şəhərində Misir heroqlifləri var. Onların ora necə düşdüyünü hələ də fikirləşirəm.Yəqin Misir marketoloqları gəzə-gəzə Avstraliya aborigenlərinin yanına çatıblar:)

вторник, 20 апреля 2010 г.

coca-colanın mənasız reklamı

Coca-Colanin sonuncu televziya reklamı qədər səfeh şey görməmişəm. Belə mahnıdansa mahnının olmaması yaxşıydı.Çox səfeh,yadda qalmayan mahnı. Qulaq asandan 1 dəqiqə sonra heç nə yadda qalmadı.buna görə pul da verirlər hələ

вторник, 30 марта 2010 г.

Marketinqdə rənglər

Marketinqdə ən yaxşı iki rəng kimi qırmızı və mavi götürülə bilər. Çünki müştərinin məhsulu impulsiv olaraq alması üçün qırmızı rəng(ehtiras,aqressiya,həvəs,çılğınlıq) çox yaxşıdır.qırmızı rəngin işıq qamması elədir ki(bunu fiziklər yaxşı bilir) o insan gözünə ən tez və təhrifsiz çatırOdur ki,loqotiplərin çoxu qırmızı rəngdə olur. Lakin qırmızı rəng qısamüddətli aksiyalar üçün nəzərdə tutulsa yaxşıdır.

Mavi(göy) rəng isə sakitləşdirici və özünəinam oyadan rəngdir. Bu rəngdən əsasən stabil,respektabel,dayanıqlı firmalar istifadə edirlər. Ən yaxşı üştərilər iki kateqoriyada olur:

1. nə gördü tez alan,impulsiv(qırmızı rəng)

2. ağıllı,rasional,dayanıqlı (mavi,tünd göy)

İndi isə çatdıq məsələnin ən maraqlı yerinə.Azərbaycanda əsas iki mobil telefon operatorunun loqotiplərinə,ümumiyyətlə firma stillərinə baxın:
Bakcell(qırmızı) və Azercell(göy).Yəqin  ki,sayt administrasiyası məni qınamaz,mən reklam etmirəm sadəcə, araşdırıram:)
Hər ikisi gözəldir,qaydalara uyğundur. Həm saytlarında,həm bilbordlarda və s. rəng sxemi gözəl qurulub.Amma müştəriləri də sanki rənglərinə uyğundur.Bakcellin müştəriləri əsasən impulsiv gənclər,ucuz reklam aksiyası eşidən kimi tez həvəsə düşən tələbələrdir. Azercell isə əsasən korporativ müştərilər,iş adamları,stabil biznesmenlər və s. üçündür.
Doğurdan da rənglər marketinqdə böyük rol oynayır və çalışmaq lazımdır ki,bundan düzgün istifadə edilsin.İMHO,kayzen.az saytının rəng sxemi maraqlı və cəsarətli addımdır.Mavi və narıncı rəng yaxşı alınıb,xüsusilə baş səhifədə Süni intellektin yazıları narıncı rəngdə çıxanda harmoniya lınır,amma məncə redizayn olunsa pis olmaz.

Məqaləni http://kayzen.az/blog/marketinq/629/marketinqin-rəngi.html adlı postda komment kimi yazmışam.

суббота, 20 марта 2010 г.

Bir bayram da belə getdi. Nəyə görəsə xoşuma əlgmədi bu dəfəki bayram.Heç bayram əhvali-ruhiyyəsi yoxdur. Krizisdir.

вторник, 9 марта 2010 г.

Azərbaycan marketinqində ünsiyyət qıtlığı

İki adamın başı birindən daha üstün olub deyiblər.Əgər bu başların sayı çox olsa ,plyus baş da marketoloq başı olsa onda nəticə çox gözəl olar. Amma təəssüf ki,indi azərbaycanda marketoloqların professional yığıncağı,fikir mübadiləsi aparması üçün şərait yoxdur.
Təbii ki,bu sahədə birinci yada düşən mak.az saytı olur. Amma burda forum elə ölüb ki,bircə kəfəni çatışmır:) Aktivlik yox,yeni mövzu yox. Günü-gündən sayt göz qabağında ölür. Azərbaycan Marketinq cəmiyyətinin fəaliyyətindən danışmaq istəmirəm. 3-4 il bundan əvvəl daha aktiv idilər nəinki indi. Aradabir disputda maraqlı mövzular olsa da, çox qatmaqarışıq olduğu üçün məni açmır. Amma buna da min şükür. Son vaxtlar yeni açılamış kayzen.az saytının marketinq bölümü bir qədər ümidləndirsə də,orda istifadəçi azlığı və marketinqdən başı çıxanların azlığı təsüfləndirir.Həmin saytın Uğur psixologiyasında da aktivlik azdır.
Beləliklə görürük ki,müzakirələr bloq səviyyəsindən yuxarı çıxmır.Elə ancaq bloqlarda fikir bildirmək olur. Bloqun öz yeri var,amma bəzən uzun müzakirələrə də ehtiyac yaranır.

P.S. indi baxdım ki, marketinq cəmiyyətinin saytı yenilənib-http://www.marketing.az İndi xeyli yaxşıdır.

вторник, 2 марта 2010 г.

Almalı: almalı ya almamalı?

Azərbaycanda ən böyük ərzaq satan mağazalar şəbəkəsi olan Almalı heç də yaxşı vəziyyətdə deyil. Mğazalar boşalır,voleybol meydanına dönür. Bu barədə Rüstəm Məmmədov öz bloqunda bu məsələyə bir qədər toxunmuşdu.Lakin səbəb heç də alıı məmnuniyyəti,qeyri-düzgün marketinq və s. deyil. Çünki onlar Beynəlxalq Maliyyə Korporasiyasından(international Finance Corp.) o qədər kredit almışdılar ki, heç marketinq-zad yadlarına düşmürdü, pul çox olanda marketinqin az ya çox effektiv olması elə də önəmli olmur.
Bu Almalı bütün ərzaq suppliers-lərdən malı əvvəl alır,sonra da deyirmiş ki,satılandan sonra qataracam. Burda təəəcüblü şey yoxdur,çünki çox supermarketlər belə edir. Amma Almalı rəhbərliyi bu pulları yeyib(başqa sahəyə yönəldib,bunu yemək adlandırmaq olar ya yox,bilmirəm). Sonra da pulları qaytarmağın vaxtı gəlib çatıb. Bir yandan krizis,bir yandan şirkətin sadəcə pulu boş-boş şeylərə xərcləyən işçiləri,bir yandan da köhnə malı ucuz alıb satmaq istəmələri(malın vaxtı köhnələndə qiyməti aşağı düşür),bir yandan da başqa səbəblər...
Bir də ayılıblar ki, şəhərdə 30-40 obyektdən çoxu bağlanmaq qorxusu var. Bir-iksini bağlayırlar, bəzilərinin yerini başqa yerə köçürdürlər,amma bu gedişlə düzələcəkləri sual altındadır,çünki müştərilər artıq ona inanmır. Ona görə də şirkət rəhbərliyi(hansı ki,amliyyəni yaxşı bilir) çox güman ki,belə bir şey edəcək- Məcburi bankrot olunacaq.Əgər bundan əvvəl özlərini böyük məbləğə sığortalasalar,bu da təbiidir. Ya sığorta alıb rebrendinq edəcəklər,ya da ümumiyyətlə bankrot olacaqlar.Vəssalam.
Burada itirən tərəf suppliers olacaq.Ona görə də çox firmalar Almalıya mal vermir.Almalıdakı çeşid azlığınn da səbəbi budur.

понедельник, 1 марта 2010 г.

kayzen.az-ilk təəssüratlar

sayt haqqında keçən postda xəbər vermişdim. Sayt idarəçisinin postdakı şərhindən sonra bugün səhər boş vaxt tapıb saytı anlaiz etməyə başladım/
 Girən kimi birinci qeydiyyatdan keçdim,çünki saytın özü haqda məlumatım vardı. Qeydiyyatda xoşuma gəlməyən məqam odur ki,mütləq e-maildə aktivləşdirilməlidir,yoxsa syta girə bilmirsən. Əsəbi halda təzədən e-maildən aktivasiya olundum. Yuxarı sağ küncə istifadəçilər üçün panel açıldı. Kifayət qədər rahatdır,hər knopkanın altından izahedici sözlər yazılıb.
Sazlama bir qədər qəribə gəlsə də,settings üçün ondan başqa tərcümə tapmaq doğurdan elə çətin məsələdir. İçində hər şeyi rahat dəyişdim. Xoşuma gəlməyən məqam cinslərdə kişi,qadın və sənlik deyil yazısı oldu. sənlik deyil xoşuma gəlmədi,bu onların yəqin pzünəməxsus yumorudur. Ən maraqlı məqam ölkələr və şəhərlərin seçimi idi.Bütün ölkələrin adı Azərbaycancadır.Şəhərlərin seçimi də çox gözəldir. Əvvəlcə Bakı,sonra isə ən böyük şəhərlərin adı verilib. Ən zəhləm gedən şey uzun listdə ölkə və şəhər adı axtarmaqdır. Burada isə yaxşı fikirləşilib. Ən lazımlılar əvvəldə verilib,olmasa bütün siyahını yükləmək olur.
İndi keçək əsas məsələyə,saytın özünə.
Postlar-sadəcə postlar düzülür,xoşagəlməyən şey kollektiv,fərdi,yeni postlar kimi seçim olmasıdır.Sadəcə ən yeni postları düzmək kifayətdir.
Bloqlar bloqların sayı çoxdur.Onların arasında gəzişmək narahatdır.Xoşuma gələn o oldu ki,bloqlara rahatlıqla üzv ola və çıxa bilirsən.Təbii ki,birinci http://kayzen.az/blog/marketinq/ bloquna üzv oldum:) Amma bir çox bloqlar boşdur.Məsələn http://kayzen.az/blog/masonluq/ heç nə yoxdur. Əgər içində bir şey yoxdusa niyə açılıb?
mikrobloq mənasız şeydir,lakin qısa qeydlər yazmaq üçün rahatdır.
İstifadəçilər ən çox reytinq admindədir. Təəccüblüdür:) Özü də adminin heç bir şərhi,topiki yoxdur.O necə o qədər reytinq yığıb? Aktiv istifadəçilər azdır(təzə layihə olduğu üçün başa düşmək olar),amma maraqlı insanlardır. papatürk,fidan çox aktivdirlər və maraqlı yazılar yazırlar.
Mənim qalereyadn,şəkil sytlarından xoşum gəlmir. Flickr bəs edir. Amma istər-istəməz qız olduğum üçün bir də gördüm ki,artıq  Qara bluzkalar basmışam:)
Saytın ən lazımlı hissəsi olan http://kayzen.az/page/about/ isə axırda qoyublar. Əslində gərək birinci qoyaydılar . İndiyə kimi gördüyüm ən maraqlı sayt haqqında yazısıdır bu. İdeya həqiqətən də çox maraqlıdır. Hər şey ətraflı yazılıb.
Saytdakı ən böyük çatışmazlıq isə axtarışın işləməməsidir. Nə yazırsan yaz,nəticədə deyir ki,

İşə bax! Axtarış nəticə vermədi! 

Qalan şeylər standart bloqlar üçün eynidir. Ən son şərhlər,ən son mikrobloqlar, kateqoriyalar və s. Saytın dizaynerinin yerinə olsaydım kateqoriyaları bir az yuxarıda qoyardım.
ümumilikdə sayt maraqlı proyektdir,lakin çatızmazlıqları da var(kiçik olsa da)Yəqin ki,onlar da düzələr.

суббота, 27 февраля 2010 г.

kayzen.az reklami

dünən mailimə yeni saytın açılması barədə məktub gəldi. adı http://kayzen.az/.
Saytı məsləhət görən podruqam(azərbaycanca dostdan başqa söz yoxdur?) super sayt olduğunu dedi. Kontent bir qədər maraqlı gəlsə də,bir qədər mənasız görünən bu saytın avtomatik olaraq aşağısına baxdım. http://kayzen.az/page/reklam/ daxil oldum və xeyli güldüm.
Bas-getdin, sox-getdin prinsipi ilə hərəkət edən partnyorların diqqətinə çatdırırıq ki, bu saytda yalnız keyfiyyətli reklam verilir.
Doğurdan da maraqlı yazılıb.
Özünü Xristian HüygensNikola Tesladan da ağıllı sayan biznesmenlərə bildirmək istəyirik ki, başqa aşağı səviyyəli veb-resurslarda yerləşdirdikləri reklamlar bu saytda qoyulmur.
своеобразный креатив!!!

среда, 6 января 2010 г.

Mobil operatorlar Yeni ildə

Azerfon-Vodafon da,Azercell də,Bakcell də güclü reklam edirlər.Birinci bütün gücünü 3G-yə verib. Türkiyədə və Bakıda çəkdikləri reklam da pis deyil.Əla da demək olmaz,çünki çox şeyi vurğulaya bilməyiblər.Əgər reklam işində olanlar belə o reklamı tam anlaya bilmirsə,adi camaat bunu necə anlasın?
Azercell bir müddət əvvəl Barama layihəsi ilə ortalığa düşmüşdü.Nəsə səs-soraqları çıxmır.İçərişəhərdə bir ətək pul verib ofis açmaqla deyil,gərək baş işlədəsən.
Yeni ildə isə Azercell-in abonentləri öz telefonlarına kontur yükləyə bilmirdi.Şəbəkə məşğuldur mesajini bəlkə də minlərlə adam alıb həmin gün.Bakcellin də saytına telefondan daxil ola bilmədim bugün.

Üçü birinə dəyməz,biri üçünə!