Marketinqdə ən yaxşı iki rəng kimi qırmızı və mavi götürülə bilər. Çünki müştərinin məhsulu impulsiv olaraq alması üçün qırmızı rəng(ehtiras,aqressiya,həvəs,çılğınlıq) çox yaxşıdır.qırmızı rəngin işıq qamması elədir ki(bunu fiziklər yaxşı bilir) o insan gözünə ən tez və təhrifsiz çatırOdur ki,loqotiplərin çoxu qırmızı rəngdə olur. Lakin qırmızı rəng qısamüddətli aksiyalar üçün nəzərdə tutulsa yaxşıdır.
Mavi(göy) rəng isə sakitləşdirici və özünəinam oyadan rəngdir. Bu rəngdən əsasən stabil,respektabel,dayanıqlı firmalar istifadə edirlər. Ən yaxşı üştərilər iki kateqoriyada olur:
1. nə gördü tez alan,impulsiv(qırmızı rəng)
2. ağıllı,rasional,dayanıqlı (mavi,tünd göy)
İndi isə çatdıq məsələnin ən maraqlı yerinə.Azərbaycanda əsas iki mobil telefon operatorunun loqotiplərinə,ümumiyyətlə firma stillərinə baxın:
Bakcell(qırmızı) və Azercell(göy).Yəqin ki,sayt administrasiyası məni qınamaz,mən reklam etmirəm sadəcə, araşdırıram:)
Hər ikisi gözəldir,qaydalara uyğundur. Həm saytlarında,həm bilbordlarda və s. rəng sxemi gözəl qurulub.Amma müştəriləri də sanki rənglərinə uyğundur.Bakcellin müştəriləri əsasən impulsiv gənclər,ucuz reklam aksiyası eşidən kimi tez həvəsə düşən tələbələrdir. Azercell isə əsasən korporativ müştərilər,iş adamları,stabil biznesmenlər və s. üçündür.
Doğurdan da rənglər marketinqdə böyük rol oynayır və çalışmaq lazımdır ki,bundan düzgün istifadə edilsin.İMHO,kayzen.az saytının rəng sxemi maraqlı və cəsarətli addımdır.Mavi və narıncı rəng yaxşı alınıb,xüsusilə baş səhifədə Süni intellektin yazıları narıncı rəngdə çıxanda harmoniya lınır,amma məncə redizayn olunsa pis olmaz.
Məqaləni http://kayzen.az/blog/marketinq/629/marketinqin-rəngi.html adlı postda komment kimi yazmışam.
mənim şəxsi bloqum
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий