mənim şəxsi bloqum

воскресенье, 22 ноября 2009 г.

Gərək eyni yerdə olsun?

Ən zəhləm gedən şeydir ki, rəqib şirkətlər eyni yerdə reklam olunsun. Veb-saytlarda eyni səhifədə yanaşı duran Bakcell və Azercellin reklamı gülüncdür. Küçədə eyni yerdə elə bu 3 operatorun reklamını görürsən.Görəsən niyə fikirləşmirlər ki,əgər bir operator reklamı hardasa yerləşdiribsə,mən gedim başqa yerdə etməyim?
Sabah əgər Azercell gedib Şəhidlər Xiyabanında reklam assa,o saat o birilər də yanınca gələcək.Birisi fikirləşməyəcək ki,gedim mən də başqa yerdə reklam tapım. Elə bil 3 bacıdırlar,ayrı dura bilmirlər.

1 комментарий:

  1. Buna bənzər başqa bir hadisə Hyundai Auto Azerbaijanın tam önündəki billboardun artıq neçə vaxtdır Kia tərəfindən zəbt edilməsidir.

    Düzdür burda günahı ilk öncə Hyundai-da görürəm indiyə qədər həmin yeri almadığına görə.

    ОтветитьУдалить