Azərbaycanda satıcı həyasızlığı çoxdur yoxsa alıcı mədəniyyətsizliyi?
Təbii ki,alıcılar insafsız satıcıları,satıcılar isə küt alıcıları tənqid edər. Amma mənə elə gəlir ki,hər şeyin əsasında alıcının intellektual səviyyəsinin aşağı olması, onun mədəniyyətsizliyi durur.Mağazada bugün şahidi oldum ki,satıcı bir axmaq adama izah etməyə çalışır ki,bu telefonun nələri var(Nokianın bir dəqiq bilmədiyim modeli).Alıcı olan cavan,üzündən kütlük yağan isə artıq məni də əsəbiləşdirirdi.Dialoqu təxminən belədir
-bu telefon niyə bundan bəs 80 manat bahadır?axı ikisi də eyni meqapikseldir
-çünki onda fotoapparada avtofokus var.
- o nədir ki?
-O,şəklin daha yaxşı çəkilişinə kömək edir.bunu deyib satıcı hər iki telefonla şəkli çəkir,göstərir. Sonra da bu alıcı mənasaız suallarla onun zəhləsini tökür.filan şey necədir,filan şey niyə belədir və s.Satıcı aydın şəkildə deyir ki,əgər sizə funksional telefon lazımdısa baha olanı götürün,əgər ordakı funksiyaların nəyə lazım olduğunu bilmirsizsə onda gəlin sizə ucuz məsləhətli şey verim.Di gəl müştəri nə ucuz telefonu almaq istəyir,nə də bahanı bəyənir.Simbian-ın nə olduğunu bilməyən alıcı nəyə görə o funksional şeyi almaq istəyirdi,hələ də mənə çatmır.Axır ki,satıcı başqa müştəriyə diqqət ayırmağa başlayıb onu dostunun boynuna qoydu.Allah bilir,o biri satıcının da nə qədər zəhləsi töküləcəkdi.Mən mağazada çox qalmayıb çıxdım.Amma hələ də fikirləşirəm ki,bu alıcılar niyə kütdür?
mənim şəxsi bloqum
Подписаться на:
Комментарии к сообщению (Atom)
he umumi belamizdi.. artiq onlara baxim ureyimi agritmiram cunki buna layiq deyiller. gulmek daha yaxsidi endorfinlerinizi artirin :))
ОтветитьУдалитьburda razılaşa bilmərəm sizinlə.
ОтветитьУдалитьmüştəri hər zaman haqlıdır. indi həmin müştəri kütdür, dəlidir, qıcıqlandırıcıdır fərqi yoxdur. mülayim xoş rəftarla satışı həyata keçirməyə çalışmaq lazımdır.